page




Article Image

 

 

 

 

 

 

 

 

İndirekt hemoqlobinuriya (ing. hemoglobinuria indirecta; rus. индиректная гемоглобинурия) – hemoqlobinuriyanın bir forması.   

Sinonimləri:

– Aşar–Sen-Jiron hemoqlobinuriyası;

– Aşar–Sen-Jironun qeyri-düz hemoqlobinuriyası;

– qeyri-düz hemoqlobinuriya.

Hemoqlobinemiya olmadığı halda müşahidə edilən hemoqlobinuriya indirekt hemoqlobinuriya (haemoglobinuria indirecta) adlanır. İndirekt hemoqlobinuriya – böyrəklərin damar sistemində eritrositlərin destruksiyaya uğraması nəticəsində baş verən patoloji haldır.

İndirekt hemoqlobinuriya ilk dəfə fransız həkimləri Emil Şarl Aşar (Emile Charles Achard) və barəsində məlumat tapılması mümkün olmayan, yalnız terapevt olduğu qeyd edilən Sen-Jiron (Saint-Jiron) tərəfindən təsvir edilmişdir. Elə onların şərəfinə olaraq «Aşar–Sen-Jiron hemoqlobinuriyası» və «Aşar–Sen-Jironun qeyri-düz hemoqlobinuriyası» kimi eponimik terminlər təklif edilmişdir.

 

.