Rəyçi: Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Bilal Mirzəli oğlu Əsədov
Korrektor: Əyyar Tahir
Əlibəyli Şahin Böyükağa oğlu, Əlirzayeva Camalə Mehman qızı. Biblioterapiyanın yaranma tarixi, müasir vəziyyəti və inkişaf perspektivləri. Elmi-praktik nəşr. Bakı, «Qanun» nəşriyyatı, 2023, 208 səh.
Kitab biblioterapiyanın bir psixoterapevtik metod kimi yaranma tarixinə, müasir vəziyyətinə və inkişaf perspektivlərinə həsr olunur. Öncə biblioterapiya bir psixoterapevtik metod kimi səciyyələndirilir, sonra tarixin müxtəlif dövrlərində «biblioterapiya» anlayışına münasibət haqqında dolğun məlumat verilir. Bunun ardınca biblioterapiyanın öyrənilmə tarixi səhifələnir, onun növlərinin təsnifatının işlənib hazırlanması tarixinə qısa səyahət edilir, ayrı-ayrı aspektlərinə dair baxışların təkamülü nəzərdən keçirilir.
Kitab əsasən psixoterapevt kimi fəaliyyət göstərən həkim-psixiatrlar və klinik psixoloqlar üçün nəzərdə tutulur. Ondan həmçinin kitabxanaçı və kitabşünaslar, mental tibbin, ələlxüsus psixoterapiyanın tarixinin araşdırıcıları, digər ixtisaslar üzrə çalışan həkimlər (addiktoloqlar, nevroloqlar, ailə həkimləri və başqaları), eyni zamanda başqa mütəxəssislər (kulturoloqlar, seksoloqlar, sosial psixoloqlar, sosioloqlar, pedaqoqlar), habelə tibb mütəxəssisləri hazırlayan ali məktəblərin tələbə və rezidentləri, eləcə də yuxarı sinif şagirdləri istifadə edə bilərlər. Bu kitab psixioterapiya və onun metodları kimi məsələlərlə maraqlanan hər kəs üçün fayda gətirə bilər.
Kitabdakı bütün materialların müəlliflik hüququ Azərbaycan Respublikasının qanunları və beynəlxalq müəllif hüququ normaları ilə qorunur. Müəlliflərin əvvəlcədən müvafiq razılığı və yazılı rəsmi icazəsi olmadan buradakı materialların istənilən yolla köçürülməsi, reproduksiya olunması (hər hansı bir şəkildə çoxaldılması), internet resurslarında yerləşdirilməsi və paylanması, həmçinin hər hansı formada dəyişikliklər edilməklə kitab halında yenidən dərc edilməsi qəti surətdə qadağandır. Yalnız qəbul edilmiş istinad qaydalarına uyğun surətdə kitabdakı materiallardan yararlanmaq olar.
MÜNDƏRİCAT
Ön söz
İxtisarlar və şərti işarələr siyahısı
Fəsil 1. Tarixin müxtəlif dövrlərində biblioterapiyanın öyrənilməsi və onun ayrı-ayrı aspektlərinə dair baxışların təkamülü
- 1.1. Psixiatrik təbabətdə tarixilik prinsipi və tarixi dövrləşdirmə
1.1.1. Psixiatrik təbabətdə tarixilik prinsipi və onun əhəmiyyəti
1.1.2. Psixiatrik təbabətdə tarixi dövrləşdirmə, onun əhəmiyyəti və prinsipləri
- 1.2. Tarixin müxtəlif dövrlərində «biblioterapiya» anlayışına münasibət
1.2.1. Biblioterapiyanın tarixinin öyrənilməsinin zəruriliyi. «Biblioterapiyanın inkişaf tarixi» anlayışının mahiyyəti
1.2.2. Tarixin müxtəlif dövrlərində biblioterapiyaya dair fikirlərin inkişafı
Fəsil 2. Biblioterapiyanın müasir vəziyyəti və inkişaf perspektivləri
- 2.1. «Biblioterapiya» anlayışının definitiv səciyyəsi, etimoloji mahiyyəti və sinonimik təhlili
2.1.1. «Biblioterapiya» anlayışının definisiyası
2.1.2. «Biblioterapiya» anlayışının etimologiyası
2.1.3. «Biblioterapiya» anlayışının sinonimiyası
- 2.2. Biblioterapiya bir psixoterapevtik metod kimi
2.2.1. Psixoterapiya haqqında
2.2.2. Biblioterapiya artterapiyanın bir növü kimi
2.2.3. Biblioterapiya estetoterapiyanın bir növü kimi
- 2.3. Biblioterapevt, onun funksiyaları, işinin effektivliyi, şəxsi potensialı və keyfiyyətləri
2.3.1. «Biblioterapevt» anlayışının mahiyyəti
2.3.2. Biblioterapevtin funksiyaları
2.3.3. Biblioterapevtin iş planı
2.3.4. Biblioterapevtin işinin effektivliyinin meyarı
2.3.5. Biblioterapevtin şəxsi potensialı
2.3.6. Biblioterapevtin şəxsi və peşəkar keyfiyyətləri
- 2.4. Kitab, onun psixoterapevtik təsiri
2.4.1. «Kitab» anlayışının mahiyyəti
2.4.2. Biblioqnost və biblioqnostika
2.4.3. Bibliopol
2.4.4. Bibliobibuli
2.4.5. Ballikamber
2.4.6. Kitab döşlü
2.4.7. Bibliosmiya
2.4.8. Bibliomantiya (kitabla fala baxma)
2.4.9. Kitab kataloqu
2.4.10. Kitab kataloqu testi
2.4.11. Kitab cazibəsi nəzəriyyəsi, kitab maqnetizmi
2.4.12. Kitab blogeri, bukarassi
2.4.13. Kitabla aparılan müstəqil iş
2.4.14. Kitabın psixoterapevtik təsiri və həmin təsirin gücü
- 2.5. Oxucu və mütaliə
2.5.1. Oxucu
2.5.1.1. Oxucu istiqaməti
2.5.1.2. Oxucu qavraması
2.5.1.3. Oxucu marağı
2.5.1.4. Oxucu psixologiyası
2.5.1.5. Oxucu sorğusu
2.5.1.6. Oxucunun individual-tipoloji xüsusiyyətləri
2.5.1.7. Oxucuların tipologiyası
2.5.2. Mütaliə, onun planı
2.5.2.1. «Mütaliə» anlayışının mahiyyəti
2.5.2.2. Mütaliə planı
2.5.2.3. Mütaliənin terapevtik effekti.
- 2.6. Kitabxanaçılıq işi, bibliopsixologiya və bibliopedaqogika
2.6.1. Kitabxana «ruh apteki» kimi
2.6.2. Bibliopsixologiya
2.6.3. Bibliopedaqogika
- 2.7. Kitaba münasibət, onun pozulması formaları
2.7.1. «Kitaba münasibət» anlayışının mahiyyəti
2.7.2. Kitaba pozitiv (müsbət) münasibət
2.7.2.1. Kitabsevərlik, kitaba məhəbbət
2.7.2.2. Bukkrossinq
2.7.2.3. Bibliofagiya (kitabyemə)
2.7.2.4. Bibliofiliya (patoloji kitabsevərlik)
2.7.2.5. Bibliomaniya (kitab aludəliyi)
2.7.2.6. Bibliokleptomaniya (kitab oğurlamaqdan əl çəkməmə)
2.7.3. Kitaba neqativ (mənfi) münasibət.
2.7.3.1. Kitaba etinasızlıq, kitabsevməzlik, kitaba nifrət
2.7.3.2. Bibliofobiya (kitabdan qorxma)
2.7.3.3. Kitabdan istifadə qaydalarını kobud surətdə pozma («kitabı korlama»)
2.7.3.4. Biblioklazm mərasimlərinə çağırış etmə və belə tədbirləri ürəkdən dəstəkləmə
2.7.4. Mütaliənin pozulması formaları
- 2.8. Biblioterapevtik fəaliyyət, onun forma, metod və prinsipləri
2.8.1. «Biblioterapevtik fəaliyyət» anlayışının mahiyyəti
2.8.2. Biblioterapevtik fəaliyyətin formaları
2.8.3. Biblioterapevtik fəaliyyətin metodları
2.8.4. Biblioterapevtik fəaliyyətin prinsipləri
2.8.4.1. Oxuculara onların öyrənilməsi əsasında diferensiallaşdırılmış yanaşma prinsipi
2.8.4.2. Sistematiklik prinsipi
2.8.4.3. Plüralizm prinsipi
2.8.4.4. Dialojilik prinsipi
2.8.4.5. Əyanilik prinsipi
2.8.5. Biblioterapevtik məqsədlərlə pasiyentə kitab tövsiyə edilməsinin prinsipləri
2.8.6. Psixokorreksiya üçün ədəbiyyatın seçilməsi prinsipləri
2.8.7. Biblioterapevtik fəaliyyətə cəlb edilmə metodları
- 2.9. Biblioterapevtik effekt, intervensiya, proses və monitorinq, takt, situasiya, korreksiya
2.9.1. Biblioterapevtik effekt
2.9.2. Biblioterapevtik intervensiya
2.9.3. Biblioterapevtik proses
2.9.4. Biblioterapevtik monitorinq
2.9.5. Biblioterapevtik takt
2.9.6. Biblioterapevtik situasiyalar
2.9.7. Biblioterapevtik korreksiya
- 2.10. Biblioterapiyanın metodika və texnologiyası
2.10.1. Biblioterapiyanın metodikası
2.10.2. Biblioterapevtik texnologiya
2.10.2.1. Təlimin innovativ texnologiyaları
2.10.2.2. Biblioterapevtlərin təliminin modul texnologiyası
- 2.11. Biblioterapiyanın əsas məqsəd və istiqamətləri
2.11.1. Biblioterapiyanın əsas məqsədləri
2.11.2. Biblioterapiyanın əsas istiqamətləri
- 2.12. Biblioterapiyanın təsnifatı və ayrı-ayrı növlərinin səciyyəvi cəhətləri
2.12.1. Biblioterapiyanın təsnifatının çətinliyi, əhəmiyyəti və prinsipləri
2.12.2. Biblioterapiyanın ayrı-ayrı növlərinin səciyyəvi cəhətləri
- 2.13. Biblioterapiyanın üstünlük və çatışmazlıqları
2.13.1. Biblioterapiyanın üstünlükləri
2.13.2. Biblioterapiyanın çatışmazlıqları
- 2.14. Biblioterapiya ilə əlaqədar olan problemlər və mübahisəli məsələlər
2.14.1. Biblioterapiya sahəsində baza təhsili
2.14.2. Biblioterapiya ilə əlaqədar olan problemlər
2.14.3. Biblioterapiya ilə əlaqədar olan mübahisəli məsələlər
Son söz
Biblioqrafiya
Only logged in customers who have purchased this product may leave a review.